
BAKI, 20 fevral. TELEQRAF
İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda səfərdə İspaniya “Real Madrid"inə 1:3 hesabı ilə uduzub.
Teleqraf “Opta”ya istinadən xəbər verir ki, “şəhərlilər”in cari mövsümdə bütün yarışlarda 13-cü məğlubiyyətlə üzləşib.
Bu, “Siti"nin baş məşqçisi Pep Qvardiola üçün məşqçilik karyerasında ən pis göstəricidir.
Qeyd edək ki, “Mançester Siti” iki oyunun nəticəsinə görə “Real Madrid”ə 3:6 hesabı ilə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.