BAKI. 20 fevral. TELEQRAF

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.

Teleqraf xəbər verir ki, qarşılaşmalardan biri Kipr təmsilçiləri "Pafos" və "Omoniya" arasında olacaq. İlk matçda heç-heçə qeydə alınıb. Nəticədən asılı olmayaraq, bu ölkənin bir klubu 1/8 finala vəsiqə qazanacaq.

Ada dövlətin adlı-sanlı təmsilçisi APOEL isə Sloveniya "Tsele"sini qəbul edəcək. Bu komandaların ilk matçında da qalib müəyyənləşməyib - 2:2.

Sloveniyanın daha bir təmsilçisi "Olimpiya" Bosniya və Herseqovina "Borats"ını qəbul edəcək. İlk qarşılaşmada "Borats" qalib gəlib.

Avropanın aparıcı klublarından "Betis" İspaniyada Belçika "Gent"ini sınağa çəkəcək. Ötən həftə "Betis" "Gent"ə səfərdə böyük hesabla qalib gəlib - 3:0.

Almaniya "Haydenhaym"ı isə Danimarka "Kopenhagen"ini qəbul edəcək. Bundesliqa komandası ilk oyundan qalib ayrılıb - 2:1.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab görüşləri

21:45. "Betis" (İspaniya) - "Gent" (Belçika)
İlk oyun - 3:0

21:45. "Haydenhaym" (Almaniya) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 2:1

21:45. "Pafos" (Kipr) - "Omoniya" (Kipr)
İlk oyun - 1:1

21:45. "Olimpiya" (Sloveniya) - "Borats" (Bosniya və Herseqovina)
İlk oyun - 0:1

00:00. "Panatinaikos" (Yunanıstan) - "Vikinqur" (İslandiya)
İlk oyun - 1:2

00:00. "Yagelloniya" (Polşa) - "Baçka Topola" (Serbiya)
İlk oyun - 3:1

00:00. "Şemrok Rovers" (İrlandiya) - "Molde" (Norveç)
İlk oyun - 1:0

00:00. APOEL (Kipr) - "Tsele" (Sloveniya)
İlk oyun - 2:2.