![](https://teleqraf.az/storage/2025/02/11/715x378/42-pic_32ratio_900x600-900x600-52277_(1).jpg)
BAKI, 11 fevral. TELEQRAF
Fələstinin "HƏMAS" hərəkatı fevralın 15-i günortaya qədər bütün girovları azad etməsə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, HƏMAS-la razılaşmadan sonra İsrail ordusuna qüvvələri Qəzza ətrafına cəmləşdirməyi əmr etdiyini bildirib.
Netanyahu əlavə edib ki, HƏMAS girovları qaytarmasa, atəşkəs ləğv ediləcək və hərəkat tamamilə məğlub olana qədər Qəzzada gərgin döyüşlər davam edəcək.