![](https://teleqraf.az/storage/2025/02/11/715x378/8b6bbfed-7e2d-326a-b293-dd06a3875eae_850.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Rusiya və Türkiyə Ukrayna münaqişəsini siyasi danışıqlar yolu ilə həll etməkdə maraqlıdırlar.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Rusiya və Türkiyənin yanaşmaları onunla üst-üstə düşür ki, hər iki ölkə qan tökülməsini dayandırmaq, münaqişənin əsas səbəblərini aradan qaldırmaq istəyir”, - diplomat bildirib.
O xatırladıb ki, Türkiyə ilk gündən Ukrayna münaqişəsinin siyasi həllinə yardım etməyə hazır olub.
"Türkiyənin bu istiqamətdəki səyləri Rusiya tərəfindən layiqincə qiymətləndirilib. Yalnız Qərbin destruktiv xətti artıq əldə edilmiş və hətta kağız üzərində paraflanmış sülh razılaşmalarının həyata keçirilməsinə mane olub", - deyə səfir bildirib.
Onun sözlərinə görə, Türkiyə sonrakı mərhələlərdə də münaqişənin nizamlanmasına töhfə verməyə hazır olduğunu sübut edib.