![](https://teleqraf.az/storage/2023/11/15/715x378/231114135600-01-hamas-fighters-031023-file.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Fələstinin "HƏMAS" hərəkatı İsrailin anklavda atəşkəs razılaşması şərtlərini yerinə yetirməyəcəyi təqdirdə, Qəzza zolağında qalan girovları azad etməyəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bununla bağlı təşkilatın bəyanatını “Əl-Ərəbiyyə” telekanalı yayımlayıb.
HƏMAS Trampın fevralın 15-də "hərəkat girovları azad etməsə, cəhənnəm başlayacaq" sözlərini şərh edib.
“Təhdid dili vəziyyəti çətinləşdirir və yersizdir. HƏMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza razılaşmasının şərtlərinə riayət girovları azad etməyin yeganə yoludur", - təşkilatın bəyanatında deyilir.