BAKI, 11 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp maliyyə naziri Skott Bessenti Ukraynaya göndərdiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində məlumat verib.

Bildirilir ki, nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Trampın sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsi tezliklə başa çatmalıdır.