![](https://teleqraf.az/storage/2025/02/10/715x378/azr.jpg)
BAKI, 10 fevral. TELEQRAF
“Səfərdə bir xal qazanmaq, məncə, yaxşı nəticədir”.
Teleqraf xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov səfərdə “Araz-Naxçıvan”la 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransında deyib.
Baş məşqi görüşün çətin alındığını bildirib: "Bakıdan xalsız qayıtmaq istəmirdik. Zədəli, əsas heyətdən matçı buraxan oyunçumuz var idi. Amma rotasiyalarımızı etdik. Oyunda uduza da bilərdik. Amma “Araz-Naxçıvan”ın keyfiyyəti, ustalığı göstərdi ki, furbol oynaya bilirlər. Həm də bizim uşaqlar da vuruşdular. Birinci hissənin sonlarında təkbətək epizodunu qola çevirsəydik, oyun tam başqa cür bitə bilərdi. Rəqib daha da üstümüzə gələrdi. İkinci hissə bir az çətin başladı. Yekunda heç-heçəyə nail olduq".
Bağırov epizodların birində "Araz Naxçıvan"ın kapitanı Ürfan Abbasovla arasında yaranmış mübahisəyə də toxunub: "Orada yüngül anlaşılmazlıq oldu. Sonradan görüşdük, öz aramızda məsələni həll etdik. Heç bir problem yoxdur".