![](https://teleqraf.az/storage/2025/02/11/715x378/rian_2727746.hr.ru-pic905-895x505-54759.jpg)
BAKI, 12 fevral. TELEQRAF
ABŞ administrasiyası Odessa meri Gennadi Truxanova qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Bildirilir ki, ABŞ hökuməti Truxanovu Odessadan olan cinayətkar qrupla əlbir olmaqda ittiham edir. Tramp administrasiyası həmçinin hesab edir ki, Odessa merinin Britaniyada qeydiyyatdan keçmiş dörd ofşor şirkətində çoxlu sayda səhmi var.
Nəşr qeyd edir ki, Truxanova qarşı sanksiyalar onun Rusiya vətəndaşı olması ehtimalına görə də tətbiq oluna bilər.