
GORANBOY, 11 fevral. TELEQRAF
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza rayonun Zeyvə kəndində baş verib.
Belə ki, “Chevrolet” markalı avtomobillə "Mercedes" toqquşub. Nəticədə 1978 - ci il təvəllüdlü Nazar Alışov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanılıb.