![](https://teleqraf.az/storage/2025/02/11/715x378/photo_2023-02-20-13.06-pic_32ratio_900x600-900x600-11338.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş lideri Co Baydenin tarixdəki rolu barədə suala gülüb.
Teleqraf xəbər verir ki, o, “The Guardian” nəşrinin jurnalistinin Baydenlə bağlı verdiyi suala gülüşlə cavab verib.
Juranlist ondan Baydenin tarixə Ukraynanı xilas etməyə kömək edən, yoxsa Rusiya prezidenti Vladimir Putinin çağırışına çox ləng cavab verən adam kimi düşəcəsini soruşub.
“Bu gün bütün bunları xarakterizə etmək çətindir, çünki biz hər şeyi bilmirik. Biz bunu sonra öyrənəcəyik" - Zelenski cavab verib.
Zelenski xüsusi hərbi əməliyyatın başlanğıcında Baydenin hərəkətlərini tənqid etsə də, sonrakı köməyinə görə ona təşəkkür edib.