BAKI, 11 fevral. TELEQRAF

ABŞ üçün əsas təhdidlər qeyri-qanuni miqrantlar və kommunist Çindir.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset Almaniyanın Ştutqart şəhərində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ üçün ən böyük daxili təhlükə miqrantlardır. Bu problemi həll etmək üçün cənub sərhədinin mühafizəsinin gücləndirilməsi qərara alınıb.

Heqset qeyd edib ki, Amerika ordusu uzun müddətdir xarici sərhədləri qoruyub, lakin indi öz sərhədlərini müdafiə etməyin vaxtı çatıb.

“Xarici təhdidlərə gəlincə, şübhəsiz ki, kommunist Çinin çox böyük ambisiyaları var. Onların dünyaya baxışı bizimkindən çox fərqlidir. Kim qalib gəlsə, 21-ci əsrin tonunu o təyin edəcək", - Pentaqon rəhbəri bildirib.