![](https://teleqraf.az/storage/2025/02/10/715x378/rashad.jpg)
BAKI, 10 fevral. TELEQRAF
"Zirə" Azərbaycan Premyer Liqasının 22-ci turunda doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.
Teleqraf xəbər verir ki, meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Ağır və mübarizələri olan matç izlədik. Oyun daha çox mərkəzdə gedirdi, dəqiqələrlə üstünlük bir tərəfdən digərinə keçirdi. 70-75-ci dəqiqədən sonra qol vurmağa daha yaxın olan biz idik. Amma rəqib standart vəziyyətdən dönən topdan qol vurdu. Daha sonra böyük qüvvə ilə irəli atılıb, hesabı bərabərləşdirdik. O dəqiqələrdə o qədər hücum etsən, bir qolla nəticələnməz, amma qapımızda olan iki təhlükəli epizod qolla nəticələndi. Rəqibi təbrik edirəm. Məğlub olmaq limitimiz var idisə, bəlkə də bu tura rast gəldi. Acı və ağır məğlubiyyətdir. Bəlkə də 0:1 hesabı ilə uduzsaydıq, belə ağır olmazdı. 1 xal qazana bilərdik, təəssüf ki, məğlub olduq. Başımızı dik tutmalıyıq. Futbolçularıma mübarizəyə görə təşəkkür edirəm.
- “Zirə qış fasiləsindən sonra rəqib tanımır. Amma “Neftçi”yə 2 oyunda da uduzmusuz. Burada Samir Abasov - Rəşad Sadıqov amilini önə çəkmək olar?
- Bu futboldur. Ola bilər hansısa rəqib kimin üçünsə prinsipial olsun. Burada olduğum dönəmdən “Neftçi” bizə qarşı prinsipial oynayıb. Zəif və fərqli çıxış etsələr belə biz qarşı xüsusi hazırlaşıblar. Samir Abasovun dönəmində olub ya əvvəl... Mən, hələ 4,5 ildir buradayam, ilk dövrədəki 2:0 udduğumuz matç bir balaca asan keçdi. Onda da "Neftçi"nin performansı aşağı idi. Üç il bundan əvvəl Samir Abasovun dönəmində "Neftçi" üzərində qələbə qazansaq, üçüncü olacaqdıq. Burada çox prinsipial oyun keçdi. Açığı fərqli "Neftçi" gözləmirəm qarşımda. Futbolçulara da demişdim ki, digər oyunlarda "Neftçi"ni necə görürsüz bilmirəm, amma bizimlə oyunda fərqlidir. Oyunlarımız prinsipial keçir. Ola bilər bizə qarşı oynamaq daha maraqlıdır.
- Rəşad Sadıqovun ad və soyadı ola bilər?
- Düşünmürəm bu mənimlə bağlıdır. Orada bəlkə də komandanın 90%-i məni tanımır. Bu məqamlar bizi daha da güclü etməlidir. 90-cı dəqiqəyə qədər bir az da olsa qələbəyə yaxın biz idik. Yenə də ədalətli nəticə 0:0 olardı. Hesabı bərabərləşdirsək də, qoruyub-saxlaya bilmədik.
- Eldar Quliyev son vaxtlar oynamır. Bunun səbəbi nədir?
- Virus yayılanda xəstələnmişdi. 15-20 gün qızdırması oldu. Çoxlu zədəlilərimiz var. Yusuf Laval, Junior Martinsin zədələnməsi, bu gün Ceyhun Nuriyevi itirdik. Rüstəm Əhmədzadə 3 ay sonra qoşulub komandaya, Davit Volkov da qışda xəstələnmişdi. Hücum xəttində disbalans yaşayırıq.