
BAKI, 11 fevral. TELEQRAF
ABŞ Ukraynaya qoşun yeritməyi planlaşdırmır və yaxın zamanlarda sülh sazişinin bağlanacağını gözləyir.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə naziri Pit Heqset Ştutqartda jurnalistlərlə söhbəti zamanı deyib.
Pentaqon rəhbərinin sözlərinə görə, Donald Tramp administrasiyası Ukraynada sülh sazişinin tezliklə bağlanmasını təmin etmək niyyətindədir.
O əlavə edib ki, ölkəsi heç zaman Ukraynaya hərbi personal göndərməyəcək.