
BAKI, 6 fevral. TELEQRAF
Türkiyənin "Qalatasaray" klubu İtaliya "Roma"sına keçən futbolçu Viktor Nelssonun əvəzedicisini tapıb.
Teleqraf "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçika "Genk"inin müdafiəçisi Karlos Kuestanı transfer edəcək. Tərəflər arasında artıq razılaşmanın əldə olunduğu deyilir.
"Cim-Bom" 25 yaşlı oyunçu ilə bu gün 3,5 illik müqavilə bağlayacaq. Kolumbiya millisinin üzvünün "Genk"lə sözləşməsi 2026-cı ilin yayında bitir.
Qeyd edək ki, Karlos Kuesta 2019-cu ildən Belçika klubunda çıxış edir. O, cari mövsüm ərzində iştirak etdiyi 13 oyunda 1 qol müəllifi olub.