
BAKI, 12 mart. TELEQRAF
Azərbaycanda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi başlayıb.
Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Çuda mundialın tarixin ən möhtəşəmi olacağını deyib.
WMF prezidenti bildirib ki, son 8 il ərzində Azərbaycanda minifutbolun inkişafı sahəsində baş verənlər həqiqətən də heyrətamizdir. O, Orxan Məmmədovun işini yüksək qiymətləndirib və bu səbəbdən, Dünya Kubokunun Bakıda keçirilməsinə səs verdiklərini diqqətə çatdırıb. O, minifutbolun populyarlaşmasında əməyi olanlara minnətdarlığını bildirib: Tam əminliklə deyirəm ki, Bakıda keçiriləcək Dünya Kuboku minifutbol tarixində ən möhtəşəm tədbir olacaq. Bunu ötən gün izlədiyimiz Azərbaycan çempionatının final oyununun təşkilatçılığın əsasən deyə bilərəm".