BAKI, 12 mart .TELEQRAF

Rusiyanın dəniz limanlarının yük dövriyyəsi 2025-ci ilin yanvar-fevral aylarında 131,6 milyon ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6% azdır.

Teleqraf xəbər verir ki, bu barədə Dəniz Ticarət Limanları Assosiasiyasının (ASOP) saytında məlumat verilib.

Bildirilib ki, quru yüklərin aşırılması 64,5 milyon ton (-4,4%), maye yüklərin aşırılması isə 67,2 milyon ton (-7,5%) səviyyəsində olub.

Eyni zamanda, 2024-cü ildə ixrac yükləri 103,9 milyon ton (-5,5%), idxal yükləri 6,6 milyon ton (+1,7%), tranzit yükləri 11,2 milyon ton (-3,7%) və kabotaj yükləri 9,9 milyon ton (-16,4%) təşkil edib.