BAKI, 12 mart. TELEQRAF

Azərbaycanda keçiriləcək minifutbol üzrə Dünya Kubokunun püşkatma mərasimi başlayıb.

Teleqraf xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov mundialın yüksək səviyyədə keçiriləcəyini bildirib.

"Biz müxtəlif mötəbər yarışlar təşkil edirik. Fürsətdən istifadə edərək, dövlətimizə və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda Dünya və Azərbaycan Minifutbol federasiyalarının rəhbərliyinə təşəkkür edirəm. Dünya Kuboku da yüksək səviyyədə təşkil olunacaq", - deyə Qayıbov vurğulayıb.