
Ukrayna prezidenti separatçı bölgələrin nümayəndələri ilə görüşəcək
Ukrayna prezidenti Pyotr Poroşenko həftənin cümə günü, iyunun 20-də separatçıların fəal olduğu Donetsk və Luqansk vilayətlərinin nümayəndələri ilə görüşəcək.
Teleqraf.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Görüşdə Donetsk və Luqansk vilayətlərinin legitim hakimiyyətinin nümayəndələri, hər iki regionun siyasi və biznes elitasının nümayəndələri iştirak edəcək. Tədbir dövlət başçısının mərkəzi iqamətgahında, prezident administrasiyasında keçiriləcək.
Nail Cəlil