BAKI, 26 avqust. TELEQRAF

Macarıstan Baş naziri Peter Madyar BMT Baş Assambleyasının sessiyası üçün hazırlanmış sənədi imzalayıb.

Teleqraf xəbər verir ki, Macarıstan hökuməti sənəddə ilk dəfə Rusiyanın Ukraynadakı müharibəsini pisləyir və onu beynəlxalq nizama təhlükə adlandırır.

Budapeştin fikrincə, Rusiyanın addımları təkcə Macarıstan üçün deyil, həm də bütün Avropanın təhlükəsizliyi və beynəlxalq nizam üçün təhdid yaradır.

Sənəddə deyilir: “Macarıstan Rusiyanın hərbi təcavüzünü pisləyir və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü, eləcə də Ukraynanın özünümüdafiə hüququnu tam dəstəkləyir. Rusiyanın addımları Macarıstan, Avropa və dünya nizamı üçün təhlükə yaradır”.

Sənədə əsasən, məhz bu səbəbdən Macarıstan davamlı sülh və uzunmüddətli təhlükəsizlik zəmanətlərinə nail olmaq üçün danışıqların başlanmasına yönəlmiş bütün səyləri dəstəkləyir.