BİLƏSUVAR, 26 avqust. TELEQRAF
Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, Masallı rayon sakininin idarə etdiyi yük avtomobili (TIR) hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.
İlkin məlumata görə, qəzaya avtomobilin təkərinin qəfil partlaması səbəb olub.
Hadisə nəticəsində sürücü xəsarət almayıb. Qəza zamanı digər nəqliyyat vasitələrinə və ətrafdakı şəxslərə də zərər dəyməyib.
