BAKI, 10 iyul. TELEQRAF
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma halları daha iki əyalətdə qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba məlumat verib.
Nazirin sözlərinə görə, Ebola halları Çopo və Yuxarı Uele əyalətlərində aşkarlanıb. Hər iki bölgədə iki nəfərin virusa yoluxduğu təsdiqlənib.
Samuel Roje Kamba bildirib ki, ən mürəkkəb epidemioloji vəziyyət hələ də İturi və Şimali Kivu əyalətlərində müşahidə olunur.
“Hazırda epidemiyanın kəskin mərhələsindəyik, Ebola yayılmağa davam edir”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, Cənubi Kivu əyalətində vəziyyət tədricən sabitləşir.
Beləliklə, Ebola epidemiyasının təsir etdiyi əyalətlərin sayı beşə çatıb.
Qeyd edək ki, Konqo Demokratik Respublikasının şərqində Ebola virusunun yeni yayılma dalğası mayın 15-də başlayıb.