BAKI, 1 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Qətərdə İranla bağlı aparılan danışıqlar çərçivəsində regional liderlərlə müsbət görüşlər keçiriblər.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ administrasiyasındakı yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ nümayəndələri ilə regional liderlər arasında keçirilən müzakirələr konstruktiv atmosferdə keçib.
“Amerikalı danışıqlarçılar Cared Kuşner və Stiv Uitkoff Qətərdə regional liderlərlə müsbət müzakirələr aparıblar. İranla texniki səviyyədə keçirilən danışıqlar da irəliləyir”, - məlumatda bildirilib.
Xəbərdə qeyd olunur ki, tərəflər İranla mümkün razılaşmanın detalları üzərində işi davam etdirirlər.
Bundan əvvəl İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ tərəfindən ölkəyə qarşı tətbiq olunan dəniz blokadasının tam dayandırıldığını bəyan etmişdi.