BAKI, 28 avqust. TELEQRAF

Moldova Prezidenti Maya Sandu Baş nazir Vasile Tofanın təklifi ilə Rumıniyanın keçmiş iqtisadiyyat naziri və parlament üzvü Klaudiu Nasuini iqtisadi inkişaf naziri təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə Moldova Prezident Administrasiyası məlumat yayıb.

Nasui kənd təsərrüfatı və qida sənayesi naziri vəzifəsinə keçirilən Yevgen Osmoçeskunu əvəz edəcək. O, 2016-cı ildə Rumıniya parlamentinə seçilib və 2020-2021-ci illərdə iqtisadiyyat naziri vəzifəsində çalışıb.