CƏBRAYIL, 28 avqust. TELEQRAF
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində çatan ailələrə mənzillərin açarları təqdim olunub.
***
12:12
Avqustun 28-də doğma yurduna yola salınan köç karvanları Şükürbəyli kəndlinə çatıb.
Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə köçürülən 86 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
11:55
Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonuna növbəti köç karvanı Cocuq Mərcanlı keçid postundan yola salınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli 15 ailə olmaqla 86 nəfər köçürülüb.
Köçürülən ailələr uzun illərdən sonra doğma yurdlarına qayıdaraq yeni həyatlarına başlayacaqlar.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi Böyük Qayıdış proqramı çərçivəsində davam etdirilir.