BAKI, 28 avqust. TELEQRAF
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən tam söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
**
2026.08.27 - 19:21
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.