BAKI, 1 iyul. TELEQRAF

Meksika millisi 2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Ekvadoru məğlub edərək növbəti raunda vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Mexiko şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meksika yığmasının qollarını Xulian Kinyones 22-ci, Raul Ximenes isə 31-ci dəqiqədə vurub. Ekvador millisinin müdafiəçisi Piero İnkapye oyuna əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Moskvanın “Lokomotiv” klubunda çıxış edən meksikalı müdafiəçi Sesar Montes kapitan sarğısı ilə meydana çıxıb və görüşü əvəzlənmədən keçirib. Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Luis Çaves isə ehtiyat oyunçular skamyasında qalıb.

Qeyd edək ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu vaxtdan bir saat gec başlayıb. Buna səbəb Mexikoda müşahidə olunan güclü yağış və ildırım olub.

Meksika millisi 1/8 finalda İngiltərə – Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq. Görüş iyulun 6-na keçən gecə yenidən Mexikoda keçiriləcək.

Meksikalılar 1986-cı ildən sonra ilk dəfə dünya çempionatının pley-off mərhələsinin ilk raundunu uğurla adlayıblar. Həmin mundial da Meksikada keçirilmiş və ev sahibi komanda 1/4 finala qədər irəliləmişdi.

***

07:08

2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Meksika və Ekvador milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyunun ikinsi hissəsinə start verilib.

Matç Meksikanın 2-0 hesablı üstünlüyü ilə davam edir.

***

06:51

2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Meksika və Ekvador milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyunun ilk hissəsi Meksikanın 2-0 hesablı üstünlüyü ilə yekunlaşıb.

***

06:32

2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Meksika və Ekvador milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyunun 31-ci dəqiqəsində Meksika hesabı 2-0 edib.

***

06:23

2026-cı il dünya çempionatında 1/16 final mərhələsində Meksika və Ekvador milliləri üz-üzə gəlir.

Teleqraf xəbər verir ki, oyunun 22-ci dəqiqəsində Meksika hesabı açıb.

***

06:01

Meksika və Ekvador milliləri arasında keçirilməli olan oyun başlayıb.

Teleqraf xəbər verir ki, matça Bakı vaxtı ilə saat 06:00-da start verilib.

***

05:01

Meksika və Ekvador milliləri arasında keçirilməli olan oyunun başlanğıcı təxirə salınıb.

Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 05:00-da başlanmalı olan olan güclü yağış və fırtına səbəbindən təxirə salınıb.

FİFA yaxın dəqiqələrdə oyunun keçiriləcəyi vaxtla bağlı rəsmi açıqlama verəcək.

***

04:44

2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Meksika və Ekvador milliləri arasında keçirilməli olan oyunun başlanğıcı təxirə salına bilər.

Teleqraf xəbər verir ki, buna səbəb Meksika şəhərində hökm sürən əlverişsiz hava şəraitidir.

Məlumata görə, qarşılaşmanın keçirilməli olduğu paytaxtda güclü yağış və şimşək müşahidə olunur. Bu səbəbdən təşkilatçılar oyunun startını ertələmək qərarı veriblər.

Hələlik matçın nə vaxt başlayacağı ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Qeyd edək ki, görüşün qalibi dünya çempionatının 1/8 final mərhələsində İngiltərə - Konqo Demokratik Respublikası cütünün qalibi ilə qarşılaşacaq.