BAKI, 22 iyun. TELEQRAF

İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra İsveçrənin Bürgenştok qəsəbəsində keçirilən dördtərəfli danışıqları davam etdirməmək qərarı verib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, tərəflər Qətər və Pakistanın vasitəçiliyi ilə mesaj mübadiləsini davam etdirsələr də, hələlik hər hansı nəticə əldə olunmayıb.

Bildirilir ki, İran nümayəndə heyəti danışıqlar zamanı ölkənin dondurulmuş aktivlərinin blokdan çıxarılması və neft ixracı üçün icazələrin verilməsi prosesinin sürətləndirilməsini tələb edib.

Eyni zamanda, İran tərəfi ABŞ-nin imzalanmış memorandum üzrə öhdəliklərini pozmasına etiraz etdiyini bildirib və nüvə proqramı ilə bağlı danışıqların birbaşa həmin razılaşmanın icrasından asılı olduğunu vurğulayıb.