BAKI, 22 iyun. TELEQRAF
ABŞ administrasiyası İsveçrənin Bürgenştok qəsəbəsində İranla keçirilən danışıqlarda Hörmüz boğazında gəmiçiliyin təmin olunması məsələsində irəliləyiş əldə edildiyini hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, ABŞ, İran və vasitəçilər danışıqlar zamanı Hörmüz boğazındakı vəziyyəti və Tehranın boğazın bağlanması ilə bağlı son bəyanatlarını müzakirə ediblər.
"Biz açıq şəkildə bildirdik ki, Hörmüz boğazının tam şəkildə açıq qalmasını təmin etmək istəyirik. Bu istiqamətdə yaxşı irəliləyiş əldə etmişik", - amerikalı diplomat bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar İsveçrənin Bürgenştok qəsəbəsində Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilir.