BAKI, 21 iyun. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İranla keçiriləcək danışıqlarda iştirak etmək üçün Vaşinqtondan İsveçrəyə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Lyuk Şreder "X" sosial şəbəkəsində paylaşım edib.

"Cey Di Vens İsveçrəyə yollanır", - deyə Şreder bildirib.

Məlumata görə, ABŞ və İran nümayəndələri arasında keçiriləcək görüşdə Pakistan və Qətərdən olan vasitəçilər də iştirak edəcəklər.

Danışıqların tərəflər arasında mövcud məsələlərin müzakirəsinə həsr olunacağı gözlənilir.