BAKI, 20 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin qlobal iqtisadiyyata və seçkilər öncəsi respublikaçıların mövqeyinə mümkün mənfi təsirlərini nəzərə alaraq, sülh müqaviləsi imzalamaq qərarı verib.

Teleqraf xəbər verir ki, bu barədə CNN administrasiya mənbələrinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, iyunun əvvəlində Tramp və onun müşavirləri Tehranla Hörmüz boğazının açılmasını və İranın nüvə proqramı ətrafında nizamlama üçün ümumi prinsipləri nəzərdə tutan çərçivə sazişi axtarmağa qərar veriblər.

Bir çox yüksək vəzifəli administrasiya rəsmiləri münaqişəyə son qoyulmasını müdafiə ediblər. Xüsusilə, maliyyə naziri Skott Bessent müharibənin iqtisadi nəticələri ilə bağlı narahatlığını bildirib. Enerji naziri Kris Rayt da ona dəstək verib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Pentaqon rəhbəri Pit Heqset İranın mümkün razılaşmalara əməl etmək istəyinə şübhə ilə yanaşıblar.