BAKI, 20 iyun. TELEQRAF
ABŞ kəşfiyyatı İsrailin ABŞ-İran memorandumunda Livanda hərbi əməliyyatların dayandırılması ilə bağlı müddəaya baxmayaraq, Hizbullaha qarşı hücumları davam etdirəcəyini hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, İsrail Livandakı hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Bu isə Vaşinqton və Tehran arasında yekun sülh razılaşmasına nail olmaq məqsədilə aparılan danışıqları təhlükə altına qoya bilər.
Məlumata əsasən, İsrail rəhbərliyi ABŞ ilə İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumundan narazıdır. Bildirilir ki, ölkənin Baş naziri Benyamin Netanyahu ölkə daxilində "Hizbullah"a qarşı əməliyyatların davam etdirilməsi ilə bağlı ciddi siyasi təzyiqlə üzləşib.