BAKI, 20 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus aviabazasında çıxışı zamanı ABŞ ilə İran arasında bütün məsələlərin 60 günlük danışıqlar çərçivəsində həll olunacağına inandığını bildirib.

Teleqraf xəbər verir ki, o deyib ki, tərəflər arasında ötən axşam imzalanmış razılaşmaya əsasən, razılığa gəlmək üçün 60 gün vaxt var.

"Əks halda, onları sevindirməyəcək addımlar atacağıq. Amma düşünmürəm ki, buna ehtiyac yaranacaq. Hesab edirəm ki, hər şey çox yaxşı olacaq", - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, bu səbəbdən Vaşinqtonun İranla hərbi əməliyyatları yenidən bərpa etməsinə ehtiyac qalmayacağına inanır.