BAKI, 18 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunu elektron qaydada imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalı məlumat yayıb.
Məlumata görə, Tramp sənədi Fransa Prezidenti Emmanuel Makronla Versal sarayında keçirilən şam yeməyi zamanı şəxsən imzalayıb. İmzalanmış memorandumun surəti daha sonra İrana və vasitəçi ölkələrə göndərilib.
Barak Ravidin daha əvvəl yaydığı məlumata əsasən, Vaşinqton administrasiyası hesab edir ki, memorandum elektron qaydada imzalandığı andan qüvvəyə minib.
"Tasnim" agentliyi də XİN sözçüsü İsmayıl Bəqaiyə istinadən anlaşma memorandomunun imzalandığını açıqlayıb.