BAKI, 9 iyun. TELEQRAF

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Cenevrədə təşkil edilən BMT Baş katibi vəzifəsinə namizədlərin televiziya debatlarında iştirak etməyib.

Teleqraf TASS-a istinadla xəbər verir ki, tədbir proqramına üç namizəd arasında debatlar daxil idi: Çilinin keçmiş prezidenti və BMT-nin İnsan Hüquqları üzrə keçmiş Ali Komissarı Mişel Baçelet, BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Kosta Rikadan Rebekka Qrinspan və Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri və BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinosa.

Debat moderatorunun qeyd etdiyi kimi, Qrossi tədbirə qoşula bilməyib və təşkilatçılara çıxışının video yazısını göndərməkdən imtina edib.

Debatlarda iştirak edə bilməməsinə baxmayaraq, BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürən keçmiş Seneqal prezidenti Maki Sall tədbir üçün çıxışının video yazısını hazırlayıb. Videoda o, müasir dünyada çoxtərəfli əməkdaşlıqla bağlı öz vizyonunu açıqlayıb və özünü bu yüksək vəzifəyə layiqli namizəd hesab etməsinin səbəbini izah edib.