Berlində bir neçə min insan Almaniya hökumətinin siyasətinə qarşı kütləvi nümayişdə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.
Bildirilir ki, aksiya iştirakçıları kansler Fridrix Merzin rəhbərlik etdiyi Almaniya hökumətinin dərhal istefasını tələb ediblər.
Etiraz aksiyası "11 maddəlik plan" hazırlayan "Projekts M1llion" hərəkatı tərəfindən başladılıb. Əsas tələblər arasında mövcud Almaniya hökumətinin istefası, İsveçrə tipli demokratiyanın tətbiqi, karbon vergisinin ləğvi, səhiyyə islahatlarının dayandırılması, məcburi yayım haqlarının ləğvi və "siyasətçilər üçün ciddi məsuliyyət" kimi bəndlər var. Fəallar həmçinin Almaniya hökumətinin immiqrasiya siyasətinə qarşı çıxış ediblər.
Təşkilatçıların məlumatına görə, etiraz aksiyasında iştirak etmək üçün təxminən 10.000 nəfər qeydiyyatdan keçib. Günorta saatlarına qədər Berlin polisi 2000 iştirakçının olduğunu bildirib.
Aksiyanın təhlükəsizliyini 700 polis əməkdaşı təmin edib. Şəhər mərkəzində nəqliyyatın hərəkəti qismən bağlanıb.