BAKI, 28 iyul. TELEQRAF

Ermənistan-Türkiyə Biznes Forumunun ikinci iclası sentyabr ayında İrəvanda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Qars Ticarət və Sənaye Palatasının Direktorlar Şurasının sədri Kadir Bozan Ermənistan mediasına bildirib.

Qeyd edək ki, Türkiyə və Ermənistan iş adamlarının bundan əvvəlki görüşü iyunun 2-də Qarsda keçirilib.