BAKI, 28 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" ASC olub.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 421 milyon 641 min manat məbləğində sığorta haqqı toplayıb.
İkinci yerdə 209 milyon 113 min manatla “Paşa Sığorta” ASC qərarlaşıb. Şirkəti 30 milyon 921 min manatla “Qala Sığorta" ASC izləyib.
Renkinqdə “Aqrar Sığorta” ASC şirkəti 16 milyon 291 min manatla dördüncü, “Meqa Sığorta” ASC isə 16 milyon 248 min manatla beşinci olub.
Ümumilikdə, hesabat dövründə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 867 milyon 396 min manat məbləğində sığorta haqqı toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 6,2% artım deməkdir.