BAKI, 28 iyul. TELEQRAF

“Türkiyə-Ermənistan sərhədində dəmir yolu və quru yolunun açılması baxımından aktiv işlər görülür”.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Qars Ticarət və Sənaye Palatasının Direktorlar Şurasının sədri Kadir Bozan Ermənistan mediasına deyib.

“Əvvəlcə dəmir yolu (Gümrü-Qars dəmir yolu nəzərdə tutulur - red.) açılacaq. Növbəti mərhələdə sərhədin şərqində avtomobil yolunun açılacağı barədə məlumatlar var. Əlbəttə, bunlar rəsmi məlumatlar deyil, hakimiyyət orqanlarından eşitdiyimiz məlumatlardır, amma ümid edirəm, qısa müddətdə nəticələr əldə edəcəyik. Düşünürəm, bu, regionumuz üçün çox faydalı olacaq”, - Bozan bildirib.