BAKI, 28 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişini “Paşa Həyat Sığorta” ASC aparıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 339 milyon 536 min manat ödəniş edib.

Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC (81 milyon 747 min manat) ,“Qala Sığorta" ASC (12 milyon 323 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Azərbaycan Sənaye Sığorta" ASC (8 milyon 982 min manat) “Meqa Sığorta” ASC (8 milyon 586 min manat) izləyib.

Qeyd edək ki, birinci yarımildə sığorta şirkətləri ümumilikdə 549 milyon 682 min manat sığorta ödənişi ediblər. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 27,2% artım qeydə alınıb.