BAKI, 28 iyul. TELEQRAF

ABŞ administrasiyası hesab edir ki, Ukrayna münaqişəsinə son qoymağın vaxtı yetişib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəsmisi CNN telekanalına Vladimir Zelenskinin Vaşinqtona gözlənilən səfərini şərh edərkən bildirib.

"İndi müharibəni bitirməyin vaxtıdır", - deyə adının açıqlanmasını istəməyən amerikalı rəsmi vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Zelenski ilə görüşdə Rusiya və Ukrayna arasında sülh nizamlanması prosesini müzakirə etməyi planlaşdırır.

Bundan əvvəl KİV mənbələrə istinadən xəbər vermişdi ki, Tramp və Zelenskinin görüşünün iyulun 28-də keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, Zelenski ABŞ-yə səfəri çərçivəsində respublikaçı senator Lindsi Qremin dəfn mərasimində də iştirak edəcək.