BAKI, 28 iyul. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu iyulun 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə Amerika liderinə İranın hərbi potensialını yenidən qurduğunu və nüvə silahı hazırlamağı sürətləndirdiyini göstərən yenilənmiş kəşfiyyat məlumatlarını təqdim etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin N12 telekanalı məlumat yayıb.
Netanyahu görüşdə Trampı regionda baş verən son hadisələr İranın danışıqlarda səmimi olmadığını, Tehranın nüvə proqramını inkişaf etdirdiyinə, raket və dron imkanlarını modernləşdirməyə davam etdiyinə inandırmağa çalışacaq.
Telekanal qeyd edib ki, İsrail liderinin məqsədi ABŞ Prezidentini İranın yaratdığı təhlükənin ciddiliyinə inandırmaqdır. Bununla yanaşı, o, ABŞ-ni birbaşa hərbi münaqişəyə cəlb etməyə və müharibəyə təhrik etməyə çalışan tərəf kimi görünmək istəmir.