BAKI, 28 iyul. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-qərbində yerləşən Land departamentində davam edən meşə yanğınının lokallaşdırıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Makron bu barədə alovların yayıldığı qonşu Jirond departamentinə səfəri zamanı Bordo şəhərində jurnalistlərə bildirib.

"Land departamentində yanğın lokallaşdırılıb və bu, yaxşı xəbərdir", - deyə Fransa lideri vurğulayıb.

Bununla yanaşı, Makron bölgədə vəziyyətin yaxın vaxtlarda normallaşacağını gözləmədiyini bildirib. Onun sözlərinə görə, qarşıdakı həftələr çətin keçəcək və meşə yanğınları ilə mübarizə davam edəcək.

Xatırladaq ki, daha əvvəl Fransanın daxili işlər naziri Loran Nünez ölkədə yanğınlar nəticəsində məhv olan meşə sahəsinin rekord həddə - 116 min hektara çatdığını açıqlamışdı.