BAKI, 28 iyul. TELEQRAF

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağdakı münaqişəyə müdaxilə etməsi qeyri-mümkün idi. Çünki Ermənistanın özü bu ərazini öz torpağı və ya müstəqil dövlət kimi tanımırdı.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) sözçüsü Mariya Zaxarova bildirib.

O qeyd edib ki, rəsmi İrəvan dəfələrlə təşkilatın köməyini tələb etsə də, bunun hüquqi əsası yox idi:

"Ermənistan deyirdi ki, gəlin KTMT mexanizmini işə salaq. Yaxşı, amma kimə və nəyə qarşı? Ermənistanın özünün belə nə öz torpağı, nə də müstəqil dövlət kimi tanımadığı əraziyə görə? Belə hallarda təşkilatın mexanizmlərini işə salmaq qeyri-mümkündür".