BAKI, 28 iyul. TELEQRAF
İngiltərənin “Arsenal” klubu İspaniyanın “Real Madrid” komandasının hücumçusu Vinisius Junioru transfer etmək istəyir.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçuya müqaviləsini uzatmağı təklif edib.
London klubu isə Vinisius üçün ilk rəsmi transfer təklifini hazırlayır.
26 yaşlı hücumçu ötən mövsüm İspaniya La Liqasında 36 oyuna çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə edib.
Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi gələn ilin yayında başa çatacaq. Onun bazar dəyəri 140 milyon avro qiymətləndirilir.