BAKI, 28 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp iyulun 28-də Ağ evdə Ukrayna Prezidenti Vladimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə ayrı-ayrılıqda görüşlər keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi "RIA Novosti" agentliyinə məlumat verib.
Ağ ev rəsmisinin sözlərinə görə, Tramp çərşənbə axşamı əvvəlcə Zelenskini, daha sonra isə Netanyahu qəbul edəcək.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kiyev müvafiq qərarlar qəbul edəcəyi təqdirdə Ukraynadakı münaqişə bir gün ərzində dayandırıla bilər.