BAKI, 28 iyul. TELEQRAF

ABŞ nümayəndə heyəti Fransa nümayəndəsinin çıxışına etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclas zalını tərk edib.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ diplomatları Fransa nümayəndələrinin çıxışı zamanı etiraz əlaməti olaraq iclas zalını tərk ediblər.

Bundan əvvəl Fransanın BMT-nin Cenevrədəki daimi nümayəndəliyi Vaşinqtonu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkün ikinci müddətə yenidən seçilməsinə mane olmaqda ittiham etmiş və ABŞ-nin artıq insan hüquqlarının mayakı kimi qiymətləndirilə bilməyəcəyini bildirmişdi.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə bu ittihamlara cavab olaraq Fransanı insan hüquqlarını ən ciddi şəkildə pozan bəzi ölkələrə göz yummaqda günahlandırıb.