BAKI, 27 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranı dondurulmuş aktivlərdən Tehranın icazəsi olmadan istifadə etməklə hədələyib.

Teleqraf xəbər verir ki, Tramp qeyd edib: "Biz İranın pulundan onların vurduğu ziyanı ödəmək üçün istifadə edirik. Başqa sözlə, nəzarət etdiyimiz İran pulu zərəri ödəmək üçün istifadə olunacaq. Yaxşı səslənir, elə deyilmi?"

Tramp iyulun 23-də "Truth Social"da dondurulmuş İran aktivlərindən Hörmüz boğazında ticarət gəmilərinə vurulan ziyanın kompensasiyası məqsədilə istifadənin mümkünlüyü qeyd edib.