BAKI, 28 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp əvvəlcə Rusiyanın Ukraynada qalib gələcəyinə inansa da, indi tərəddüd edir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ administrasiyasının rəsmisinə istinadla məlumat yayıb.
Nəşrin mənbəsinə görə, Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə qarşı münasibəti pisləşib. Amerika lideri son vaxtlar daha çox Ukrayna Prezidenti Volodimir Zelenskiyə xitab etməyə başlayıb.
Tramp Putinə müharibəni dayandırmasını istədiyini bildirsə də, buna adekvat cavab almayıb.
WSJ Trampın Putinlə müqayisədə Zelenskiyə daha nikbin yanaşdığını yazıb. Mənbə əlavə edib ki, bu dəyişiklik Ukrayna liderinin ABŞ Prezidentini ovsunlamağa çalışdığı qlobal sammitlər çərçivəsində bir neçə görüşdən sonra baş verib.