BAKI, 28 iyul. TELEQRAF

Polşa xarici işlər naziri Radoslav Sikorski 2030-cu ildə keçiriləcək prezident seçkilərində hakim "Vətəndaş Koalisiyası" Partiyasının namizədi ola bilər.

Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Marçin Bosatski "Polsat" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, R.Sikorskinin 2030-cu il seçkilərində namizəd olacağını və qələbə qazanacağını gözləyir.

Diplomat həmçinin nazirin prezident seçkilərindən əvvəl ölkənin baş naziri postuna gətiriləcəyi ilə bağlı gəzən şayiələri təkzib edib.