BAKI, 28 iyul. TELEQRAF
Fələstin HƏMAS hərəkatı Qəzza zolağında tərksilah olunmaqla bağlı tələblə razılaşıb.
Teleqraf xəbər verir ki, bu barədə " Əl-Ərəbiyyə" televiziya kanalı məlumat yayıb.
HƏMAS-ın Qəzzada tərksilah olunması sülh planının 5-ci və 8-ci bəndlərinin tələbidir.
Təşəbbüsün 5-ci bəndi HƏMAS-ın hərbi strukturlarının Qəzzadakı mülki administrasiyadan və mülki strukturlarda çalışan personaldan ayrılmasını tələb edir. 8-ci bənddə HƏMAS qüvvələrinin tərksilah edilməsinin tədricən və beynəlxalq nəzarət altında aparılmalı olduğu vurğulanır.